Orta Dəhlizlə bu il konteyner daşımaları 3 dəfə artıb
Bu ilin yanvar-sentyabr aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə daşımaların həcmi 70 % artaraq 3,4 milyon tona çatıb.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev “APM Terminals Poti” şirkətinin baş direktoru Kristian Ryöder ilə keçirdiyi görüşdə bildirib.
Orta Dəhlizin inkişafına toxunan M.Karabayev konteyner daşımalarının artdığını bildirib. Onun sözlərinə görə, bu ilin 9 ayında konteyner daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 34,6 min TEU-ya çatıb. Həmçinin yanvar-avqust aylarında Çindən konteynerlərin tranziti 20 dəfədən çox artıb.
"Tərəflər Qazaxıstan və “APM Terminals” şirkəti arasında nəqliyyat əlaqələrini gücləndirəcək, həmçinin TBNM üzrə konteyner daşımalarının artımını təmin edəcək gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər", - məlumatda vurğulanıb.
Qara dəniz sahilində əsas nəqliyyat qovşağı olan “APM Terminals Poti| Poti Sea Port Corporation” Gürcüstanın Poti şəhərində yerləşir.
Məlumata görə, oktyabrın 9-da keçirilən görüşdə TBNM çərçivəsində yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişafı əsas müzakirə mövzusu olub.
Oxşar xəbərlər
Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"APM Terminals Poti": Orta Dəhlizi dəstəkləyəcək Poti terminalının tikintisi 2027-ci ildə yekunlaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kazmortransflot” Aktau-Bakı marşrutu ilə neft nəqlini 2,4 dəfə artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSC gəmiçilik şirkəti Mərkəzi Asiyaya konteyner daşımalarının payını artırmağı planlaşdırır - EKSKLÜZİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orta Dəhlizlə yükdaşımalar 65 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












