“Kazmortransflot” Aktau-Bakı marşrutu ilə neft nəqlini 2,4 dəfə artırıb
“Kazmortransflot” şirkəti (“KazMunayQaz”ın törəmə şirkəti) bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə 25,5 min ədəd iyirmi fut tutumlu konteynerin (TEU) daşınmasını həyata keçirib.
"Sizinxeber.az" KMG-nin məlumatına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstərici 2,4 dəfə artıb.
“2019-cu ilin aprel ayında Aktau-Bakı xətti işə salındıqdan sonra “Kazmortransflot” tərəfindən konteyner daşımalarının ümumi həcmi bu ilin avqust ayının əvvəlində 100 min TEU-ya çatıb”, - məlumatda deyilir.
Bu ilin 7 ayı ərzində “Kazmortransflot” şirkəti tərəfindən Xəzər dənizi ilə 1 milyon 292 min ton neft daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur.
Hesabat dövründə Aktau-Bakı marşrutu ilə neft nəqli 75 % artaraq 246 min tondan 431 min tona çatıb”, - məlumatda bildirilib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
Oxşar xəbərlər
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb
Azərbaycana hava nəqliyyatı ilə səyahət edənlərin sayı təxminən 37 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
