Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
sizinxeber.az xəbər saytı

Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub


Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo futbol üzrə dünya çempionatları tarixində altı fərqli mundialda qol vuran ilk futbolçu olub.

Sizinxeber.az xəbər verir ki, təcrübəli forvard dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistan yığmasına qarşı keçirilən oyunun 6-cı dəqiqəsində fərqlənib.

Bu qoldan sonra hesab Portuqaliyanın xeyrinə 1:0 olub.

Ronaldo bu göstərici ilə yeni rekord müəyyənləşdirib.

O, daha əvvəl bu rekordu beş dünya çempionatında qol vurmuş Argentina millisinin kapitanı Lionel Messi ilə bölüşürdü.

Oxşar xəbərlər

Kriştiano Ronaldo 900-cü qolunu vurub
Kristiano Ronaldo Portuqaliya millisinə çağırılıb
Kriştianu Ronaldu 6 fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub
Ronaldo Messi ilə rəqabətindən danışıb: Bir-birimizə motivasiya verirdik
Messi Klozeni arxada qoyaraq dünya çempionatları tarixində ən çox qol vuran futbolçu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər