ASCO 5 illik fəaliyyətinə dair hesabat hazırlayıb
sizinxeber.az xəbər saytı

ASCO 5 illik fəaliyyətinə dair hesabat hazırlayıb


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2019-2023-cü illərdəki fəaliyyətini əhatə edən hesabat hazırlayıb.

“Sizinxeber.az” ASCO-ya istinadən xəbər verir ki, hesabatda şirkətin tarixi, missiyası və strateji hədəfləri ilə yanaşı, əməliyyat və maliyyə nəticələri, təşkilati strukturu, donanmanın əsas fəaliyyət sahələri və marşrutları barədə məlumatlar yer alıb. Bundan başqa, sənəddə əməliyyatların səmərəliliyinin və gəlirliliyinin artırılması, müştərilərə dəstək, davamlı optimallaşma, işçilərin maddi və mənəvi rifahının təmin edilməsi, ASCO-da sağlamlıq və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, insan resurslarının idarə edilməsi, korporativ idarəetmə və korporativ sosial məsuliyyət çərçivəsində görülən işlər haqqında təfsilatlı məlumatlar da əksini tapıb.

Hesabat sənədlərdə təqdim olunan informasiyadan sərbəst istifadəni təmin etmək məqsədilə Azərbaycan və ingilis dillərində hazırlanıb.

Oxşar xəbərlər

ASCO: Ekoloji aspektdə fəaliyyətimiz dayanıqlı inkişaf prinsiplərinə uyğundur
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər edib
ASCO gəmilərdə küləklə dəstəklənən hərəkətverici sistemlərin quraşdırılması imkanlarını araşdırır
ASCO “Qarabağ” gəmisini rebredinq edib
ASCO-nun sədri: "Sıfır emissiya üçün yeni yanacaq növlərindən istifadəyə başlayırıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər