ASCO: Ekoloji aspektdə fəaliyyətimiz dayanıqlı inkişaf prinsiplərinə uyğundur
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ekoloji aspektdə fəaliyyətini dayanıqlı inkişaf prinsiplərinə uyğun həyata keçirir.
Bunu "Sizinxeber.az"a açıqlamasında ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli bildirib.
O qeyd edib ki, ASCO-nun fəaliyyətinin bütün aspektlərində ətraf mühitə təsiri minimuma endirmək əsas məqsədlərdəndir: "ASCO-da ətraf mühitə mümkün zərərli təsirin sıfıra endirilməsi, o cümlədən tullantıların və emissiyaların minimal səviyyədə saxlanılması, su-enerji resurslarından qənaətlə istifadə olunması istiqamətində planlı və davamlı tədbirlər görülür. Bu sahədə fəaliyyətimizi ölkə qanunvericiliyinin, Beynəlxalq Dəniz Təşkilatının tələblərinə, eləcə də gəmiçilik sahəsində mövcud olan beynəlxalq konvensiyalara uyğun təşkil edirik".
Direktorun sözlərinə görə, ASCO-nun ekoloji aspektdə dayanıqlı inkişaf prinsiplərinə ətraf mühitin mühafizəsi, qəzaların qarşısının alınması, tullantı və emissiyaların səmərəli idarə olunması, ekosistemlərə mənfi antropogen təsirin minimuma endirilməsi aiddir: "Həmçinin təmiz, içməli su resurslarından səmərəli istifadə, fəaliyyətin beynəlxalq standartların tələblərinə uyğun təşkil edilməsi, biomüxtəlifliyin qorunması, enerji resurslarından qənaətlə istifadə, innovasiyaların dəstəklənməsi yolu ilə ətraf mühitin mühafizəsi üzrə daha əlverişli, mütərəqqi texnika və texnologiyaların tətbiqi də bu prinsiplər sırasında yer alır".
Oxşar xəbərlər
ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
ASCO-nun sədri: "Sıfır emissiya üçün yeni yanacaq növlərindən istifadəyə başlayırıq"
ASCO IMO-nun emissiyalarla bağlı 2030-cu il hədəfini artıqlaması ilə yerinə yetirib
ASCO “Qarabağ” gəmisini rebredinq edib
ASCO sıfır emissiya hədəfinə çatmaq üçün strategiya və tədbirlər planı hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








