ASCO gəmilərdə küləklə dəstəklənən hərəkətverici sistemlərin quraşdırılması imkanlarını araşdırır
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) sııfır emissiya hədəfinə çatmaq üçün gəmilərdə küləklə dəstəklənən hərəkətverici sistemlərin quraşdırılması imkanlarını araşdırır.
Bunu "Report"a açıqlamasında ASCO-nun Dayanıqlılıq və emissiyaların idarə edilməsi üzrə direktoru Ələkbər Əzizli bildirib.
O qeyd edib ki, gəmilərin enerji səmərəliliyinin artırılması üçün onlar təmirə gələndə pərləri cilalanır və sualtı hissələri tez-tez təmizlənir: "Gələcəkdə isə gəmilərin gövdəsinin təmizlənməsində robot sisteminin tətbiqi nəzərdə tutulur. Hava ilə sürtünmə sistemi gəmilərin alt hissəsində mikro qabarcıqlar yaratmaqla, onun gövdəsi ilə dəniz suyu arasındakı müqaviməti azaldır. Bu sistem yanacaq sərfiyyatının və emissiyaların həcminin azaldılmasına xidmət edir. Həmçinin, gəmilərdə enerji səmərəliliyinin artırılması istiqamətində fəal iştirak edən heyəti üzvləri mükafatlandırılır”.
Direktorun sözlərinə görə, ASCO həmçinin Ətraf mühit və sosial idarəetmə sistemi tətbiqi edir.
Oxşar xəbərlər
ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
ASCO emissiyanın rəqəmsal panelə çıxarılaraq izlənməsi sistemi yarada bilər
ASCO-da gəmilərin təmiri nəticəsində yanacağa 2-3 % qənaət edilir
ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq
ASCO-nun sədri: "Sıfır emissiya üçün yeni yanacaq növlərindən istifadəyə başlayırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












