Səkkiz ayda 240 min daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 239.314 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 39.148-i (16,3%) ilkin, 200.166-sı isə (83,7%) isə təkrar qeydiyyatın payına düşür.
Bu barədə “Sizinxeber.az-Economics”ə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, 2024-cü ilin ilk 8 ayında fərdi yaşayış və bağ evi üzərində - 39.536, mənzil üzərində - 55.172, torpaq sahəsi – 136.179, qeyri-yaşayış binası – 2.229, qeyri-yaşayış sahəsi – 5.636, əmlak kompleksi – 526, çoxmərtəbəli yaşayış binası üzərində isə 36 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 63.933-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-avqust ayları ərzində 177.937 texniki pasport tərtib edilib, 46.919 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Oxşar xəbərlər
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 30 %-dən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
