Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 30 %-dən çox azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 207 669 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
"Report" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 % azdır.
7 aylıq göstəricinin 33 572-si (16,1 %) ilkin, 174 097-si isə (83,9%) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 29,2 % və 31 % azdır.
Yanvar-iyul aylarında fərdi yaşayış və bağ evi üzərində 33 395, mənzil üzərində 46 933, torpaq sahəsi üzərində 120 079, qeyri-yaşayış binası üzərində 1 921, qeyri-yaşayış sahəsi üzərində 4 863, əmlak kompleksi üzərində 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 54 558-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.
7 ay ərzində 154 905 texniki pasport tərtib edilib, 41 226 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Oxşar xəbərlər
Naxçıvanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 2 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
