Ayumi Konişi: "Orta Dəhliz üzrə tədqiqatlar real layihələrlə nəticələnməlidir"
sizinxeber.az xəbər saytı

Ayumi Konişi: "Orta Dəhliz üzrə tədqiqatlar real layihələrlə nəticələnməlidir"


Orta Dəhlizin inkişafı istiqamətində konkret layihələrin formalaşdırılmasına ciddi ehtiyac var.

"Report" xəbər verir ki, bunu İnkişafın Maliyyələşdirilməsi Sahəsində Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (Multilateral Cooperation Center for Development Finance, MCDF) baş icraçı direktorun baş müşaviri Ayumi Konişi Bakıda təşkil edilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsindəki panel müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, MCDF son illərdə Asiya İnfrastruktur İnvestisiya Bankı və İslam İnkişaf Bankı ilə birgə Mərkəzi Asiyada əlaqəlilik məsələləri və Orta Dəhlizlə əlaqədar araşdırmaların aparılmasını dəstəkləyib: "MCDF olaraq əsas gözləntimiz budur ki, həyata keçirilən tədqiqatlar nəticəsində real layihələr meydana gəlsin. Çünki başlıca hədəfimiz konkret nəticələrə nail olmaq və təşəbbüslərin praktiki müstəvidə gerçəkləşməsini təmin etməkdir".

A.Konişi bir məsələyə xüsusi diqqət yetirərək qeyd edib ki, hazırda Orta Dəhliz üzrə müxtəlif regional əməkdaşlıq təşəbbüsləri fəaliyyət göstərir.

"Bunların arasında CAREC platforması və digər əməkdaşlıq formatları yer alır. Bu təşəbbüslərin hamısı faydalıdır. Əgər ölkələr arasında əlaqəliliyin möhkəmləndirilməsi yolunda real nəticələr əldə etmək istəyiriksə, yalnız bir çərçivə ilə məhdudlaşmaq doğru deyil. Hansı mexanizm daha səmərəlidirsə, məhz ondan yararlanılmalıdır.

Nümunə olaraq qeyd edim ki, CAREC platforması daxilində fəaliyyət göstərdiyimiz müddətdə CASA-1000 layihəsi ortaya çıxdı. Bu layihə birbaşa CAREC-in strukturuna aid olmasa da, regionun enerji sahəsindəki əlaqələrinin inkişafına əhəmiyyətli töhfə verdi. Bundan başqa, TAPI layihəsi də CAREC çərçivəsindən kənarda formalaşmasına baxmayaraq, Mərkəzi Asiya dövlətlərinin inteqrasiyası nöqteyi-nəzərindən böyük önəm daşıyır.

Ümidvaram ki, Orta Dəhlizin inkişafı sahəsində də bənzər uğurlu və praktik təşəbbüslərin reallaşmasının şahidi olacağıq".

Oxşar xəbərlər

MCDF: Orta Dəhliz qlobal ticarətdə strateji əhəmiyyətini artırır
Asiya İnkişaf Bankı Orta Dəhlizin inkişafına dəstək verməyə hazırdır
Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib
Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər