Senat Trampın İrana qarşı müharibə səlahiyyətləri ilə bağlı qətnaməsini bloklayıb
sizinxeber.az xəbər saytı

Senat Trampın İrana qarşı müharibə səlahiyyətləri ilə bağlı qətnaməsini bloklayıb


Çərşənbə axşamı keçirilən səsvermənin nəticələrinə görə, ABŞ Senatı prezident Donald Trampın İrana qarşı müharibə səlahiyyətlərini məhdudlaşdıracaq qətnaməni bloklayıb.

APA xəbər verir ki, demokrat Con Fetterman da daxil olmaqla, qırx səkkiz senator qətnamənin Xarici Əlaqələr Komitəsindən səsvermə üçün çıxarılması təklifinə qarşı çıxıb.

Respublikaçılar Bill Kassidi, Syuzan Kollinz, Liza Murkovski və Rend Pol da daxil olmaqla, qırx yeddi qanunverici sənədin lehinə səs verib.

Qeyd edək ki, senator Rafael Uornok tərəfindən irəli sürülən qətnamə ABŞ silahlı qüvvələrinin Konqresin icazəsi olmadan İranda və ya İrana qarşı aparılan hərbi əməliyyatlardan çıxarılmasını nəzərdə tutur.

Oxşar xəbərlər

ABŞ Senatı Kubaya qarşı hərbi gücün məhdudlaşdırılması təşəbbüsünü bloklayıb
ABŞ Senatı İrana qarşı əməliyyatların dayandırılması qətnaməsini 7-ci dəfə rədd edib
Senat Trampın İrana zərbə endirmək səlahiyyətini məhdudlaşdıran qətnaməni rədd edib
Senat Trampın Kubada mümkün hərbi əməliyyatına qarşı çıxan qətnaməni bloklayıb
Pekin və Moskva BMT TŞ-nin Hörmüz boğazı üzrə qətnamə layihəsini bloklayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər