"SOCAR Green" ölkənin ən böyük enerji istehlakçısını dekarbonizasiya edəcək
"SOCAR Green" şirkəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) fəaliyyətinin dekarbonizasiyası üzrə "yol xəritəsi" hazırlayıb.
"Report" xəbər verir ki, bunu "SOCAR Green"in baş direktoru Elmir Musayev Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən "Regional bağlantının təmin edilməsi üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində transsərhəd infrastruktur layihələri" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
"Biz ölkənin ən böyük elektrik enerjisi istehlakçısı olan ADSEA ilə birgə layihə həyata keçiririk. Onlar üçün "yol xəritəsi" hazırlanıb və buna uyğun olaraq biz onların fəaliyyətinin dekarbonizasiyasını həyata keçirəcəyik və paralel olaraq enerji səmərəliliyi sahəsində həlləri tətbiq edəcəyik, bu da dövlətimiz üçün prinsipial olaraq yeni bir istiqamətdir. Azərbaycanda bərpa olunan enerji mənbələrinin gücünün artırılması mühüm əhəmiyyət kəsb edir, lakin istər milli, istərsə də qlobal səviyyədə enerji səmərəliliyi və enerji resurslarından rasional istifadə məsələlərinə diqqət yetirmək də eyni dərəcədə vacibdir", - E. Musayev vurğulayıb.
Onun sözlərinə görə, "SOCAR Green" digər texnoloji istiqamətlərdə də təşəbbüsləri fəal şəkildə inkişaf etdirir.
"Xüsusilə, biz Azərbaycanda geotermal enerjini təşviq edirik. Bundan əlavə, dəniz külək enerjisi sahəsində iki pilot layihəmiz var. Azərbaycan Xəzər dənizinin sahilində əhəmiyyətli texniki potensiala malikdir və hər birinin gücü 200 MVt olan iki pilot layihəmiz 2–3 QVt-a qədər miqyaslandırıla bilər. Bundan başqa, biz perspektivli texnologiyalar - bioyanacaq, biokömür və bioqaz üzərində genişmiqyaslı iş aparırıq. Yaxın gələcəkdə bu istiqamətdə də flaqman layihələrimizin olacağını gözləyirik", - şirkət rəhbəri əlavə edib.
Oxşar xəbərlər
“SOCAR Green” Azərbaycanda ən böyük IPP olmaq istəyir
“SOCAR Green” əsas hədəflərindən birini açıqlayıb
Elmir Musayev: “SOCAR Green” milli enerji şirkətinə çevrilmək astanasındadır”
“SOCAR Green” Azərbaycanın su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılmasına dair memorandum imzalayıb
“SOCAR Green”: Azərbaycanda “yaşıl enerji” sənayesinin inkişafı dövlət-özəl tərəfdaşlığını tələb edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
-
TÜRKPA baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
