Azərbaycan Xəzərin dayazlaşması probleminin həlli üçün Xəzəryanı dövlətlərlə işçi qruplar formalaşdırır
sizinxeber.az xəbər saytı

Azərbaycan Xəzərin dayazlaşması probleminin həlli üçün Xəzəryanı dövlətlərlə işçi qruplar formalaşdırır


Azərbaycan Xəzəryanı dövlətlərlə birlikdə Xəzər dənizində suyun səviyyəsinin azalması probleminin həllinə yönəlmiş xüsusi işçi qruplar formalaşdırır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik iclaslarında çıxış edərkən bildirib.

O qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bütün region üçün ciddi ekoloji və iqtisadi təhlükə yaradır və əlaqələndirilmiş transsərhəd yanaşma tələb edir.

Nazir müavini bildirib ki, bu problem Azərbaycan üçün kritik dərəcədə vacib xarakter daşıyır, çünki Xəzər dənizi ölkənin milli kimliyinin, ekosisteminin və iqtisadi quruluşunun ayrılmaz hissəsidir.

A.Səmədzadə qeyd edib ki, çağırışın regional xarakterini nəzərə alaraq, Bakı Xəzəryanı qonşuları ilə fəaliyyətlərini aktiv şəkildə əlaqələndirir: "Elmi qarşılıqlı fəaliyyəti gücləndirmək, aktual şəkildə məlumat mübadiləsi aparmaq, fasiləsiz monitorinqi təşkil etmək və birgə uyğunlaşma tədbirlərini hazırlamaq məqsədilə Azərbaycan artıq Qazaxıstan, Türkmənistan və Rusiya ilə müvafiq işçi qrupları formalaşdırıb".

Nazir müavini həmçinin Azərbaycanın bu günə kimi 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokolun iştirakçısı olduğuna diqqət çəkib: "Bu, bizim qlobal ekoloji və iqlim gündəliyinə dəyişməz sadiqliyimizi nümayiş etdirir".

Oxşar xəbərlər

Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib
Muxtar Babayev: Xəzər Urmiya gölü və Aral dənizinin taleyini təkrarlamamalıdır - EKSKLÜZİV
Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq
Xələf Xələfov: Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət üçün maliyyə dəstəyi ayrılmalıdır
Əli Əsədov: Azərbaycan Xəzərin dayazlaşmasına qarşı birgə mübarizəyə çağırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər