Məcnun Məmmədov: Yeni Dövlət Proqramı regionlarda iş yerlərinin yaradılmasına yönəlib
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" regionlarda iş yerlərinin yaradılmasına yönəlib.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov AzTV, ARB TV və AZƏRTAC-a müsahibəsində deyib
Nazir Dövlət Proqramının insanların regionda qalmasına xidmət edəcəyini vurğulayıb:
"Bir məqamı da başa düşürük ki, urbanizasiya nəticəsində rayonlarda, kəndlərdə işçi qüvvəsinin azalması prosesi də gedir və bunun da əsas həll yolu kənd təsərrüfatında mexanizmlərin genişlənməsinə nail olmaqdır. Müasir suvarmanın, yeni texnikaların, texnologiyaların tətbiqi, dərmanlama avadanlıqlarının, müxtəlif cihazların və qoşquların tətbiqinin genişləndirilməsi, əlbəttə ki, buradakı şərtlərdən biri olacaq".
Oxşar xəbərlər
Məcnun Məmmədov: "Aqrar ixracı stimullaşdırmaq üçün logistika xərcləri maliyyələşdiriləcək"
Azərbaycanda fermerlər günəş panellərini lizinq yolu ilə güzəştlə ala biləcək
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Məcnun Məmmədov: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
Nazir: "Müasir suvarma sistemi olmayan yeni əkin sahələrinə icazə verilməyəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

