Aİ aviasərnişinlərin hüquqları ilə bağlı qaydaların islahatını razılaşdırıb
Avropa Parlamentinin (AP), Avropa İttifaqı (Aİ) ölkələrinin və Avropa Komissiyasının (AK) müzakirəçiləri 20 ildən çox müddət ərzində ilk dəfə olaraq mövcud kompensasiya və aviaşirkətlərin öhdəlikləri sistemini yeniləyərək, aviasərnişinlərin hüquqları ilə bağlı qaydalara yenidən baxılması barədə razılığa gəliblər.
"Sizinxeber.az"un Avropa bürosunun xəbərinə görə, bu barədə AP-dəki müşavirənin yekunları üzrə Strasburqda keçirilən mətbuat konfransında bildirilib.
Əldə edilmiş kompromisə əsasən, reys ləğv edildikdə və ya üç saatdan çox gecikdikdə sərnişinlər kompensasiya hüququnu özlərində saxlayacaqlar. Ödənişlərin məbləği dəyişməz qalacaq: "1 500 km-ə qədər olan reyslər üçün 250 avro, 1 500-dən 3 500 km-ə qədər olan reyslər üçün 400 avro və daha uzaq məsafəli marşrutlar üçün 600 avro".
Avropa komissarı Apostolos Sisikostasın sözlərinə görə, yeni qaydalar tələblərə baxılma müddətləri və daha dəqiq prosedurlar hesabına kompensasiyaların alınmasını asanlaşdıracaq. Aviaşirkətlər uçuş cədvəlinin pozulmasından sonrakı 96 saat ərzində sərnişinləri onların hüquqları və şikayət qaydası barədə məlumatlandırmalı olacaq. Razılaşma həmçinin daşıyıcıların kompensasiya ödəməkdən azad edilə biləcəyi fövqəladə halların siyahısını da dəqiqləşdirir.
Yenilənmiş qaydalar həmçinin bilet və əl yükü qiymətləri daxil olmaqla, daha şəffaf tarif siyasətini nəzərdə tutur. Bu da müxtəlif aviaşirkətlərin təkliflərini müqayisə etməyə imkan verəcək.
Sərnişin marşrutun ilk hissəsindən istifadə etmədiyi təqdirdə, hazırda aviaşirkətlərin adi təcrübəsi olan geri dönüş biletinin ləğv edilməsi (belə adlandırılan no-show) praktikası qadağan edilir.
"Aviaşirkətlər valideynlərə uşaqları (14 yaşdan kiçik) ilə yanaşı yerləri pulsuz təqdim etməli olacaq", - bolqarıstanlı deputat Andrey Novakov bildirib.
Həmçinin uçuşdan əvvəl uzunmüddətli gecikmə zamanı sərnişinləri təyyarənin göyərtəsində saxlamağa icazə verilməyəcək, eləcə də hərəkət imkanları məhdud və əlilliyi olan sərnişinlərin hüquqları, o cümlədən onların xüsusi avadanlıqlarının qorunması gücləndirilir.
Sisikostas qeyd edib ki, razılaşma qanunvericiliyin mövcud əhatə dairəsini qoruyub saxlayır: "Qaydalar Aİ-dən yola düşən bütün reyslərə, eləcə də Avropa aviaşirkətləri tərəfindən həyata keçirilən dönüş reyslərinə şamil ediləcək".
Razılaşma hələ AP və blok dövlətləri tərəfindən rəsmi olaraq təsdiqlənməlidir. Yeni qaydalar Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonra 2027-ci ilin ortalarından etibarən tətbiq olunmağa başlayacaq.
Oxşar xəbərlər
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Avropa İttifaqı Ukraynaya büdcə yardımının növbəti tranşını köçürüb
Aİ Ukraynaya 160 milyon avro ayıracaq
Aİ AK-nin Avropanın hərbiləşdirilməsi planını razılaşdırıb
Avropa İttifaqı Ukraynaya 134 milyard avro ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
-
Türkiyə XİN: ABŞ - İran razılaşmasını alqışlayırıq
