TIA: "Vahid Orta Dəhliz icazə" sistemi yaradılmalıdır
sizinxeber.az xəbər saytı

TIA: "Vahid Orta Dəhliz icazə" sistemi yaradılmalıdır


"Vahid Orta Dəhliz icazə" sistemi yaradılmalıdır.

Sizinxeber.az" xəbər verir ki, bunu Litvada fəaliyyət göstərən Nəqliyyat İnnovasiyaları Assosiasiyasının (Transport Innovation Association - TIA) meneceri Yulius Skakauskas Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizlə bağlı mühüm məsələlərdən biri rəqəmsallaşmadır: "Avtomobil icazələrinin olması yaxşıdır. Avropa İttifaqı (Aİ) şirkəti Qazaxıstana və ya Özbəkistana getmək istəyirsə, avtomobil icazəsinə ehtiyacı var. Artıq bu müzakirənin başladığını bilirəm. Lakin biz "Vahid Orta Dəhliz icazə" sistemini yaratmalıyıq. Yəni 5-6 icazə əvəzinə, bütün marşrutlar üçün vahid rəqəmsal icazəyə ehtiyacımız var. Litva bu təşəbbüsü dəstəkləyir. Müxtəlif ölkələr birgə bu sistemin yaradılmasına təşəbbüs göstərə bilər. Məsələn, Litva və Polşadan Qazaxıstana, Özbəkistana, Qırğızıstana istiqamətlənən bütün marşrutlar üçün vahid icazə ala bilərik".

Bundan başqa, qonaq deyib ki, Orta Dəhliz çərçivəsində əsas problemlərdən biri Xəzər dənizində hərəkət edən bərələr ilə bağlıdır: "Xəzər dənizində 14-16 bərə fəaliyyət göstərir. Onların bəziləri təmirə ehtiyac duyur və açıq hərəkət qrafiki yoxdur. Düşünürəm ki, bu, əsas problemdir və inanıram ki, bu məsələdə Aİ-nın dəstəyi ola bilər. Aİ maliyyə yardımı göstərə və xüsusilə də yük maşınları üçün daşıyıcılar sahəsində kömək edə bilər. Çünki ötən ilin dekabrında Bakı limanına səfər edərkən parkinq sahəsində çoxlu yük maşını gördüm. Skandinaviya, Almaniya və hətta Litvadan olan operatorlar Xəzər dənizində daşımalar ilə bağlı infrastruktur yarada bilər".

Oxşar xəbərlər

Litva Orta Dəhlizdən istifadə etmək istəyir
Orta Dəhliz üzrə sənədləşdirmə prosesində vaxt itkisi problemi müzakirə olunub
ADY: Orta Dəhlizlə bağlı əsas problemlərdən biri vahid rəqəmsal platformanın olmamasıdır
Orta Dəhlizdə vahid tranzit yük sənədi tətbiq ediləcək
TBNM-in baş katibi: “Orta Dəhliz çərçivəsində vahid rəqəmsal platforma yaradılır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər