Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır - kampaniya davam edir
Birbank-ın digər banklarda kredit öhdəliyi olan müştərilər üçün sərfəli kampaniyasının müddəti uzadıldı. Belə ki, digər banklardakı kreditlərini Birbank-a gətirən müştərilər 6%-dək endirim qazanır.
30 iyun tarixinədək davam edəcək kampaniya müştərilərə yalnız daha sərfəli faiz şərtləri deyil, həm də aylıq kredit ödənişlərini azaltmaq və bütün kredit öhdəliklərini bir yerdən daha rahat idarə etmək imkanı yaradır.
Kampaniya çərçivəsində Kapital Bank-dan və ya istənilən digər bankdan əməkhaqqı və ya təqaüd alan şəxslər 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edə bilərlər.
Birbank-ın təqdim etdiyi yeni imkan xüsusilə bir neçə kredit ödənişi olan və daha rahat maliyyə idarəçiliyi axtaran müştərilər üçün əlverişli həlldir. Kreditlərin bir mərkəzdə birləşdirilməsi həm ödəniş prosesini sadələşdirir, həm də maliyyə yükünü daha rahat planlaşdırmağa imkan verir.
Kampaniyadan yararlanmaq istəyənlər onlara ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşaraq bu fürsəti dəyərləndirə bilərlər.
Ətraflı məlumat üçün link: www.b-b.az/rkpr
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Oxşar xəbərlər
Kreditini "Birbank"a gətirənlər 6 %-dək endirim qazanır – kampaniya davam edir
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Kreditinizi "Birbank"a gətirin, 6 %-dək endirim qazanın
Rabitəbankdan nağd pul krediti üzrə sərfəli “Bahar kampaniyası”
Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
-
İspaniyada Konqo ilə yoldaşlıq oyunu ləğv edilib
