"Bavariya" İsmael Saybari üçün PSV ilə danışıqlara başlayıb
sizinxeber.az xəbər saytı

"Bavariya" İsmael Saybari üçün PSV ilə danışıqlara başlayıb


Almaniyanın "Bavariya" klubu PSV-nin (Niderland) və Mərakeş yığmasının vingeri İsmael Saybarini heyətinə qata bilər.

"Sizinxeber.az" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Münhen təmsilçisi 25 yaşlı oyunçu ilə danışıqlara başlayıb.

Saybarinin "Bavariya"ya keçməyə müsbət yanaşdığı bildirilib. Lakin Münhen klubu transfer məbləğini PSV ilə razılaşdırmalıdır. Futbolçunun Niderland klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, İ.Saybari ötən mövsüm PSV-nin heyətində bütün turnirlərdə 37 matça çıxıb, 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Bavariya"nın futbolçusu İspaniya klubu ilə danışıqlara başlayıb
"Bavariya" futbolçusunu Səudiyyə Ərəbistanı klubuna 30 milyon avroya satacaq
"Çelsi" 19 yaşlı futbolçuya görə Niderland klubuna 40 milyon avro ödəyəcək
"Bavariya" İspaniya millisinin üzvü üçün danışıqlara başlayıb
"Bavariya" İngiltərə klubunun hücumçusunu transfer edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər