ADY: Orta Dəhlizlə bağlı əsas problemlərdən biri vahid rəqəmsal platformanın olmamasıdır
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə bağlı əsas problemlərdən biri vahid rəqəmsal platformanın olmamasıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin rəqəmsallaşma və beynəlxalq investisiyalar üzrə müşaviri Arif Ağayev Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.
"Bu vahid platforma müxtəlif rəqəmsal sistemləri inteqrasiya edə bilərdi. Layihədə iştirak edən ölkələr bu istiqamətdə rəqəmsallaşma ilə bağlı fərqli səviyyələrdə yerləşirlər. Bu isə məlumat mübadiləsi və yüklərin izlənilməsinə dair vahid sistemin tətbiqini çətinləşdirir. Vahid rəqəmsal platformanın olmaması nəticəsində iştirakçı ölkələr arasında koordinasiya ciddi şəkildə qəlizləşir. Bu isə bütün səviyyələrdə tədarük zəncirlərində gecikmələrə səbəb olur", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Özbəkistan rəsmisi: "Avrasiya Nəqliyyat Marşrutu iqtisadi artıma töhfə verəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası ilə yük həcmi artacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan rəsmisi: "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası iqtisadi artıma töhfə verəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu regionda yükdaşımaların həcmini artıracaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Avrasiya Nəqliyyat Marşrutu” Assosiasiyasının yaradılması ölkələr arasında yükdaşımaları artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













