Ramin Məmmədov "Cümə" və "İmam Əli" məscidlərini ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəkidə "Cümə" və "İmam Əli" məscidlərini ziyarət edib.
"Report" xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.
Məscidlərdə yaradılmış şəraitlə tanış olan Dövlət Komitəsinin sədri din xadimləri və dini icmaların nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycanda dövlət-din münasibətlərinin milli maraqlara, eləcə də insan hüquq və azadlıqlarının təmin olunması prinsiplərinə əsaslandığı diqqətə çatdırılıb.
Ramin Məmmədov müasir dövrdə zərərli ideoloji təsirlərin qarşısının alınmasının vacib məsələlərdən biri olduğunu bildirib.
Qeyd edib ki, Azərbaycan Respublikasında multikultural və tolerant mühitin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasət ölkədə sabitliyin, qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə xidmət edir.
Komitə sədri vurğulayıb ki, bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri cəmiyyətin ideoloji dayanıqlığını möhkəmləndirən əsas amillərdəndir. Bu prosesdə din xadimlərinin üzərinə mühüm vəzifələr düşür. Onların fəaliyyəti gənclərin yad və destruktiv təsirlərdən qorunmasına yönəlməklə cəmiyyətdə həmrəyliyin inkişafına töhfə verir.
Qeyd olunub ki, konfessiyalar arasında qarşılıqlı əməkdaşlıq yalnız institusional çərçivə deyil, eyni zamanda cəmiyyətin mənəvi sağlamlığına xidmət edən etibarlı tərəfdaşlıq modelidir.
Görüş zamanı maarifləndirmə işinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub
Ramin Məmmədov: Dini sahədəki boşluqlar radikal ideologiyaların yayılmasına münbit zəmin yaradır
Ramin Məmmədov İslam dövlətlərində Ravvinlər Alyansının sədri ilə görüşüb
Ramin Məmmədov: Azərbaycan antisemitizmin heç vaxt qeydə alınmadığı nadir ölkələrdəndir
Ramin Məmmədov Göygöldə vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
