FHN: İsmayıllıda çayda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - YENİLƏNİB - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Niva” markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər (kişi cinsli) xilas edilib.
***
11:13
İsmayıllıda avtomobil çaya aşıb, 5 nəfər köməksiz vəziyyətdə qalıb.
Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.
1980-ci il təvəllüdlü Cümşüd Hüseynova məxsus “Niva” markalı avtomobildə sürücü və 4 nəfər sərnişini köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən xilas edilib.
Oxşar xəbərlər
Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
Şəmkirdə yol qəzası olub, sıxılı vəziyyətdə qalan sürücü xilas edilib - VİDEO
FHN İsmayıllıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb
Qobustanda iki maşın toqquşub, bir nəfər xəsarət alıb - VİDEO
Şuşa-Laçın yolunda qəza olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
