DÇ-2026-nın ən ucaboy və ən bəstəboy futbolçuları açıqlanıb
sizinxeber.az xəbər saytı

DÇ-2026-nın ən ucaboy və ən bəstəboy futbolçuları açıqlanıb


Dünya çempionatında iştirak edəcək ən ucaboy və ən bəstəboy oyunçular müəyyənləşib.

"Sizinxeber.az" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avstriya millisinin qapıçısı Florian Viqele mundialın ən ucaboy futbolçusudur.

Boyu 2.05 metr olan qolkiper həm də bu göstəricidə yeni rekord müəyyənləşdirib. İndiyəqədərki rekord 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən niderlandlı qapıçı Andris Noppertə (2.03 metr) məxsus idi. F.Viqele ilə yanaşı, İngiltərə yığmasının futbolçusu Dan Bern (2.01 metr), kolumbiyalı qapıçı Alvaro Montero (2.01 metr) və Bosniya və Herseqovina millisinin müdafiəçisi Stepan Radelyiç (2.01 metr) də "nəhənglər" sırasında yer alıb.

DÇ-2026-nın ən bəstəboy futbolçusu isə Sezar Yanisdir (1.60 metr). Onu 1.64 metr boyu ilə Kurasaonun hücumçusu Ceremi Antonisse izləyir. İngiltərə millisinin üzvü Dan Bern və Sezar Yanis arasında 41 santimetr boy fərqi var ki, bu da rekord kimi qeydə alınıb. İndiyə qədər dünya çempionatları tarixində meydandakı rəqiblər arasında qeydə alınan ən böyük boy fərqi 2006-cı ildə Almaniyada keçirilən mundialda Serbiya millisinin üzvü Nikola Jiqiç ilə Fildişi Sahili təmsilçisi Bakari Kone arasında olub ki, bu göstərici 39 santimetr təşkil edib. Yeri gəlmişkən Panama və İngiltərə yığmaları yer aldıqları L qrupunun son matçında qarşılaşacaqlar.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

Oxşar xəbərlər

Amerikalı atlet 3000 metr məsafəyə qaçış üzrə dünya rekordu müəyyənləşdirib
Kanadalı üzgüçü dünya çempionatında yeni rekord müəyyənləşdirib
Çin robotu 100 metr məsafədə yeni dünya rekordu qırıb
Alman üzgüçü 400 metr məsafə üzrə sərbəst üsulda dünya rekordu vurub
Azərbaycan atıcıları dünya çempionatında iştirak edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər