Bəqai: ABŞ və İran sülh sazişinin BMT qətnaməsi ilə möhkəmləndirilməsini müzakirə edir
sizinxeber.az xəbər saytı

Bəqai: ABŞ və İran sülh sazişinin BMT qətnaməsi ilə möhkəmləndirilməsini müzakirə edir


İran və ABŞ müharibənin dayandırılması barədə mümkün sazişə BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnaməsi ilə bu razılaşmanın möhkəmləndirilməsini nəzərdə tutan bəndin daxil edilməsini müzakirə edir.

"Report" "Mehrnews" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyiniin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bəyan edib.

"Biz hələ də ümumi müddəaları müzakirə edirik, bu 14 bənd yalnız əsas maddələri nəzərdə tutur, onların arasında belə bir müddəa var ki, əgər saziş əldə edilərsə, o, BMT Təhlükəsizlik Şurasının qətnaməsi formasını almalıdır ki, onun hüquqi müdafiəsi olsun", - o deyib.

İ.Bəqai həmçinin qeyd edib ki, Livanda atəşkəs müharibənin dayandırılması barədə istənilən sazişin ayrılmaz hissəsidir.

Oxşar xəbərlər

İran XİN: Livanda atəşkəs olmadan ABŞ-la razılaşma mümkün deyil
Moskvada Rusiya, Çin və İran nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək
Bəqai: Danışıqların keçirilməsi ABŞ-nin atəşkəs şərtlərinə əməl etməsindən asılıdır
İsmayıl Bəqai ABŞ-nin əsassız tələbləri barədə açıqlama verib
İran XİN: ABŞ ilə müvəqqəti razılaşmanın əldə edilməsi məsələsi müzakirə olunmur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər