Cihan Salihoğlu: "Süni intellektlə bağlı müqavilə tələblərinin artacağı gözlənilir"
sizinxeber.az xəbər saytı

Cihan Salihoğlu: "Süni intellektlə bağlı müqavilə tələblərinin artacağı gözlənilir"


Gələcəkdə süni intellektlə (AI) bağlı müqavilə tələblərinin artacağı gözlənilir.

"Sizinxeber.az" xəbər verir ki, bunu ​"Mastercard"ın Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə Kiber Məsləhət xidmətləri üzrə vitse-prezidenti Cihan Salihoğlu Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, interfeys standartları, eləcə də süni intellektdən istifadə ilə bağlı hüquqi və tənzimləyici tələblər diqqət yetirilməli olan əsas məsələlərdəndir: "Hazırda bir çox ölkədə bu sahədə geniş tənzimləmə mexanizmləri formalaşmayıb. Bununla belə, Avropa İttifaqı və Çin artıq müəyyən qaydalar tətbiq edir. ABŞ-da isə vahid federal qanun olmasa da, müxtəlif sənaye sahələri üçün rəhbər prinsiplər və tövsiyələr mövcuddur.

ABŞ daha liberal yanaşma sərgiləyir və müəyyən edilmiş təlimatlar ayrı-ayrı sektorlarda ehtiyaclara uyğun tətbiq olunur. Avropa İttifaqı isə süni intellektin tənzimlənməsində daha sərt mövqe tutur. Bu yanaşmanın əsasında fərdlərin hüquq və azadlıqlarının qorunması dayanır. Çinin isə bu sahədə özünəməxsus tənzimləmə modeli var. Lakin məsələ yalnız tənzimləyici tələblərlə məhdudlaşmır. Gələcəkdə süni intellektdən istifadə və onun konfiqurasiyası ilə bağlı müqavilə öhdəliklərinin daha da artacağı gözlənilir. Bununla yanaşı, AI agentləri ilə hansı məlumatların paylaşılacağı, onların hansı tapşırıqları yerinə yetirə biləcəyi və istifadələrinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi vacibdir. Bu baxımdan, sifariş niyyəti (order intent) və istifadəçi razılığı (consent) məsələləri də xüsusi əhəmiyyət daşıyır və diqqətdə saxlanılmalıdır".

Oxşar xəbərlər

DİN süni intellektlə bağlı xəbərdarlıq edir
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Siyavuş Novruzov: Azərbaycanda bəzi hallarda süni intellektdən yanlış istifadə edilir
Azərbaycanda süni intellektlə bağı qanun layihəsi hazırlanır
Fariz Cəfərov: "Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər