SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
in
2026
17:30
0
0
1 599
ff

SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir

02 in, 2026
17:30
1 599

SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir

Azərbaycan həm region dövlətləri, həm də beynəlxalq ictimaiyyət üçün etibarlı və strateji əhəmiyyətli tərəfdaş kimi öz mövqelərini ardıcıl olaraq möhkəmləndirir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov 31-ci Bakı Enerji Forumunda bildirib.

"İnfrastruktur Azərbaycanın əsas aktivi hesab olunur, lakin biz Bakının tamhüquqlu haba çevrilməsi perspektivlərini müzakirə etməyə çalışırıq. Söhbət Bakının enerji mühəndisliyi, əməliyyat mükəmməlliyi, dənizdə hasilatı ən yüksək standartları və yüksəkixtisaslı neft-texniki kadrların hazırlığı mərkəzi kimi formalaşmasından gedir. Bütün sadalananlar Azərbaycan üçün prinsipcə yeni perspektivlər açacaq.

Bundan əlavə, bu gün biz artıq yalnız Azərbaycan fokusundan kənara çıxmışıq. SOCAR beynəlxalq "upstream" layihələrində iştirak edir. Bunlar qaz yataqları, xüsusən "Tamar", neft yataqları, eləcə də Kot-divuarda bu yaxınlarda anons edilmiş "Balen" layihəsidir", - B. Hüseynov deyib.

O qeyd edib ki, SOCAR transformasiya mərhələsini yaşayır: şirkət beynəlxalq tərəfdaşlıq strategiyasını formalaşdırır, kəşfiyyat və hasilat sahəsində layihələr portfelini şaxələndirir, həmçinin xarici təşəbbüslərdə iştirak vasitəsilə texnologiyaların transferini təmin edir və məhz şirkətin gələcək uğurunun əsası da bundadır.

"Upstream" bundan sonra yalnız yeni layihələrin işə salınması ilə deyil, həm də getdikcə artan dərəcədə - yetkin aktivlərin yenidən mənimsənilməsi, neft-qaz sistemlərinin intellektual istifadəsi və artıq fəaliyyətdə olan yataqların sürətləndirilmiş əlavə işlənməsi ilə müəyyən ediləcək. Beləliklə, "upstream" sektorunda yeni nəsil dəyər eyni vaxtda həm yeni kəşflər, həm də mövcud resurslara yeni yanaşma hesabına formalaşacaq. Uzunmüddətli enerji təhlükəsizliyinin və təchizat mənbələrinin şaxələndirilməsinin qlobal miqyasda müstəsna əhəmiyyət kəsb etdiyi bir şəraitdə, Azərbaycan nəinki regionumuz, eləcə də qlobal enerji ictimaiyyəti üçün etibarlı strateji tərəfdaş kimi özünü təsdiq etməkdə davam edir", - vitse-prezident əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul