Mərkəzi Bank tərəfindən maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqlənib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti tərəfindən “Maliyyə sahəsində peşəkar sertifikatın verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi üzrə Təlimat” qəbul edilib.
"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 49-cu maddəsinə və Mərkəzi Bankın “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun olaraq hazırlanıb. Sənəd maliyyə institutlarında çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, eləcə də onların bilik və bacarıqlarının daxili nəzarət və risklərin effektiv idarə edilməsi sistemlərinə uyğunluğunun təmin edilməsi məqsədilə müvafiq imtahanların təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Sənəddə həmçinin sertifikatlaşdırmadan keçmiş rəhbər şəxslərin davamlı peşəkar inkişaf fəaliyyətlərində müntəzəm olaraq cəlb edilməsi qaydaları da əks olunub.
Yeni çərçivəyə əsasən, peşəkar sertifikatlaşdırma prosesi “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”nın tərkib hissəsi kimi tətbiq ediləcək. Sertifikasiya vəzifə qruplarından asılı olaraq imtahan modullarından ibarət olacaq. İlkin mərhələdə sertifikatlaşdırmaya ikinci müdafiə xəttinə aid risklərin idarə edilməsi funksiyasını icra edən əməkdaşlar cəlb ediləcəkdir. Sertifikasiya çərçivəsində müvafiq beynəlxalq sertifikatlara malik şəxslər üçün imtahan modulları üzrə azadolma imkanları nəzərdə tutulub. İlk imtahanların cari ilin sonuna kimi başlanılması planlaşdırılır. İmtahanda iştirak ödənişsizdir və verilən sertifikatların müddətsiz olması nəzərdə tutulur.
Bu təşəbbüs maliyyə sektorunda vahid peşəkar standartların formalaşdırılmasına, insan resurslarının keyfiyyətinin artırılmasına, insan amili ilə bağlı risklərin azaldılmasına və ümumilikdə maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edir.
Təlimatı nəzərdən keçirmək üçün link:
https://uploads.cbar.az/assets/0b7630782dd7a371a9cf4908b.pdf
Oxşar xəbərlər
Azərbaycanın maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqlənib
Mərkəzi Bank yaşıl kreditlərlə bağlı sənədi təsdiq edib
Mərkəzi Bank “Optimal Finance BOKT"nin lisenziyasını ləğv edib
Mərkəzi Bank “Açıq bankçılıq” yanaşmasının tətbiqini sürətləndirəcək
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən Yaşıl Taksonomiya təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
-
İspaniyada Konqo ilə yoldaşlıq oyunu ləğv edilib
