Volqa-Xəzər kanalında yükboşaltma kanalı tikiləcək
Rusiyanın “Rosmorport” dövlət müəssisəsi “Rosmorreçflot”un dəstəyi ilə Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının ən çətin hissəsini – “Böyük döngə”ni 2027-ci ilin sonuna qədər yenidən quracaq.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosmorport”un tikinti üzrə baş direktorunun müavini Vladimir Abornev Həştərxanda Dəniz Fəaliyyəti Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, həmin hissədə “uzunburunlu” gəmilərin keçməsi üçün yükboşaltma kanalı tikiləcək:
“Volqa-Xəzər kanalının ən çətin yeri 150-152-ci kilometrindəki “Böyük döngə” adlanan hissədir. Buranı yenidən quracaq və yükboşaltma kanalına çevirəcəyik. Bu, “uzunburunlu” gəmilərin keçməsini asanlaşdıracaq. Biz qoruyucu qurğuların tikintisini də davam etdirəcəyik: daha 5 kilometr uzunluğunda bir hissə yaratmağı planlaşdırırıq. Layihə sənədlərinin hazırlanmasını nəzərə alaraq, biz bu işləri 2027-ci ildə başa çatdırmağı gözləyirik”.
Qeyd edək ki, Volqa-Xəzər dəniz gəmiçiliyi kanalı Volqa çayının deltalarından birinin qolu olan Baxtemir çayının dərinsulu hissələrindən birini və Xəzər dənizinin dərinsulu hissəsi ilə Volqa deltasının azsulu hissəsini birləşdirir. Kanal hər il dərinləşdirilir və bu da Xəzər dənizi üzərindən daşıma qabiliyyəti daha böyük olan müasir gəmilərdən istifadə etməyə imkan verib. Nəticədə 2023-cü ildə dəniz limanlarının yük dövriyyəsi 4,5 milyon ton olub və 2022-ci ilin göstəriciləri ilə müqayisədə yükdaşımaların həcmi 51 % artıb. 2024-cü ilin 6 ayı ərzində Olya və Həştərxan dəniz limanlarının yükdaşıma dövriyyəsi 2,8 milyon ton təşkil edib və bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 50 % çoxdur.
Oxşar xəbərlər
Rusiyada nadir “Volqa” satışa çıxarılıb
Xəzər dənizində orta əsrlərə aid gəmilərin axtarışına başlanılacaq
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodundan – VİDEOREPORTAJ
Prezident: “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












