Samuxda III Ərik Festivalı və Aqrar Biznes Festivalı keçirilir
Samux rayonunda III Ərik Festivalı və Aqrar Biznes Festivalı təşkil olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, qeyd olunan tədbirlər "Regional İnkişaf" İctimai Birliyi, Samux Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Samuxun Heydər Əliyev prospektində yerləşən müasir parkda təşkil olunan festivalda rayonun zəngin kənd təsərrüfatı potensialı, milli-mənəvi dəyərləri və mədəni irsi nümayiş etdirilib. Tədbir çərçivəsində milli mətbəximizin bir-birindən dadlı təamları təqdim olunub, fermerlərin yetişdirdiyi müxtəlif ərik növləri, ərikdən hazırlanan mürəbbələr, şirələr və digər məhsullar xüsusi stendlərdə sərgilənərək qonaqların marağına səbəb olub.
Festival ərazisində qurulan sərgi və satış guşələri, sənətkarların əl işləri, ustad dərsləri, idman yarışları, uşaqların təqdim etdiyi milli rəqslər, məktəblilərin ərik mövzusunda hazırladıqları rəsm və əl işləri tədbirə xüsusi rəng qatıb. İştirakçılar həm milli dəyərləri əks etdirən nümunələrlə tanış olub, həm də maraqlı əyləncə proqramlarından zövq alıblar.
Aqrar Biznes Festivalı çərçivəsində kənd təsərrüfatı sahəsində tətbiq olunan müasir texnologiyalar, innovativ avadanlıqlar və aqrar təyinatlı texnikalar nümayiş etdirilib. Aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən toxum, gübrə, bitki mühafizə vasitələri və digər məhsullar sərgilənərək fermerlərə ətraflı məlumat verilib.
Festivalın keçirilməsində əsas məqsəd fermerlərin yetişdirdikləri ərik məhsullarını tanıtmaq, sahibkarlar və fermerlər arasında əməkdaşlıq imkanlarını genişləndirmək, aqroturizmin inkişafına töhfə vermək, Samux ərikçiliyinin daha geniş miqyasda təbliğini təmin etmək və rayonun sosial-iqtisadi inkişafına dəstək göstərməkdən ibarətdir.
Qeyd edək ki, Samux rayonunda 500 hektardan artıq sahədə 16 ərik sortu yetişdirilir.
Oxşar xəbərlər
Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilir
Qubada Aqrar Biznes Festivalı keçiriləcək
Kürdəmirdə “Aqrar Biznes” və “Bostan” festivalı keçiriləcək
Ağalıda Aqrar Biznes Festivalı keçiriləcək
Azərbaycanda ötən il 33 rayonda Aqrar Biznes Festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
