ADY: Kürdəmir coğrafi yerləşməsinə görə beynəlxalq dəhlizlərdə mühüm mövqeyə malikdir
sizinxeber.az xəbər saytı

ADY: Kürdəmir coğrafi yerləşməsinə görə beynəlxalq dəhlizlərdə mühüm mövqeyə malikdir


Kürdəmir coğrafi yerləşməsinə görə həm ölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlar üzərində mühüm mövqeyə malikdir.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Kürdəmir stansiyasının sərnişinlərin istifadəsinə verilməsi və bununla əlaqədar rəmzi qatarın təşkil olunması çərçivəsində jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev bildirib.

"Azərbaycan Dəmir Yollarının buraya qatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıq sərnişindaşımada da hiss olunacaq. Başqa sözlə desək, Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmir stansiyası vasitəsilə həm burada, həm də ətraf bölgələrdə nəqliyyat əlçatanlığı daha da yüksələcək. Kürdəmirlə yanaşı, Ağsu, Göyçay, Zərdab, Sabirabad rayonlarının sakinləri üçün də mobillik genişlənəcək", - Arif Ağayev qeyd edib.

Oxşar xəbərlər

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa rahat və təhlükəsiz səfər etmək mümkün olacaq"
Bakıdan Kürdəmirə dəmir yolu ilə səfərin müddəti bir saat azalıb
Sabahdan Kürdəmir dəmir yolu stansiyası sərnişinlərin istifadəsinə veriləcək - FOTO
Bakıdan Kürdəmirə rəmzi qatar yola düşüb
Bayram günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər