Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa rahat və təhlükəsiz səfər etmək mümkün olacaq"
sizinxeber.az xəbər saytı

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa rahat və təhlükəsiz səfər etmək mümkün olacaq"


Kürdəmir stansiyası ilə həm Bakıya, həm şimal və qərb rayonlarına, həm də Qarabağa rahat və təhlükəsiz səfər etmək mümkün olacaq.

"Sizinxeber.az"un Kürdəmirə ezam olunmuş müxbiri xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev bildirib.

Onun sözlərinə görə, Kürdəmir stansiyasının yenidən xidmətə verilməsi dəmir yolları üçün əlamətdar hadisədir: "Çünki Kürdəmir coğrafi yerləşməsinə görə həm ölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlar üzərində mühüm mövqeyə malikdir. Azərbaycan Dəmir Yollarının buraya qatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıq sərnişindaşımada da hiss olunacaq. Başqa sözlə desək, Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmir stansiyası vasitəsilə həm burada, həm də ətraf bölgələrdə nəqliyyat əlçatanlığı daha da yüksələcək. Kürdəmirlə yanaşı, Ağsu, Göyçay, Zərdab, Sabirabad rayonlarının sakinləri üçün də mobillik genişlənəcək".

A.Ağayev qeyd edib ki, müasir qatarlar paytaxtdan Kürdəmirə pandemiyadan öncəki ilə müqayisədə 1 saat tez çatacaq. Daha bir ilk kimi Kürdəmirə müasir Stadler qatarları ilə səfərlərin təşkil olunacağını qeyd etmək istərdim. Komfortlu qatarlarla artıq həftənin bütün günlərində sərnişinlərə xidmət göstəriləcək".

Oxşar xəbərlər

ADY: Kürdəmir coğrafi yerləşməsinə görə beynəlxalq dəhlizlərdə mühüm mövqeyə malikdir
Bakıdan Kürdəmirə rəmzi qatar yola düşüb
ADY rəsmisi: "Mütəmadi şəkildə stansiyaların fəaliyyəti bərpa edilir"
Bakıdan Kürdəmirə yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb - YENİLƏNİB
ADY bayram günlərində 132 mindən çox sərnişinin səfərini təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər