Sabahdan Kürdəmir dəmir yolu stansiyası sərnişinlərin istifadəsinə veriləcək - FOTO
sizinxeber.az xəbər saytı

Sabahdan Kürdəmir dəmir yolu stansiyası sərnişinlərin istifadəsinə veriləcək - FOTO


Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir dəmir yolu stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Məlumata görə, bilet satışı 17 aprel tarixindən aparılır.

Qeyd edək ki, bu gün Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.

Oxşar xəbərlər

Bakıdan Kürdəmirə rəmzi qatar yola düşüb
ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni qrafiki açıqlanıb - CƏDVƏL
ADY: Sərnişin və yük qatarlarının sürət həddi endirilib
Hava ilə bağlı dəmir yolunda qatarların sürət həddi endirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər