Azərbaycan iki ayda 4 milyon tona yaxın neft-kondensat ixrac edib
sizinxeber.az xəbər saytı

Azərbaycan iki ayda 4 milyon tona yaxın neft-kondensat ixrac edib


Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 4,5 milyon ton, ixracı isə 3,7 milyon ton olub.

“Sizinxeber.az” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, iki ayda 8,1 milyard kubmetr qaz hasil edilib. 3,8 milyard kubmetr qaz isə ixrac olunub.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Oxşar xəbərlər

Bu il Azərbaycan 18 milyon tona yaxın neft-kondensat ixrac edib
Bu il Azərbaycan 22 milyon tondan çox neft-kondensat ixrac edib
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-dən çox artıb
Bu il Azərbaycan Avropaya qaz ixracını 10 %-dən çox artırıb
Azərbaycan Türkiyəyə qaz nəqlini 10 %-dən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər