Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
sizinxeber.az xəbər saytı

Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb


Rusiya ordusu Qara dənizdə Ukrayna limanlarına doğru hərəkət edən iki xarici mülki ticarət gəmisinə dron zərbəsi endirib, nəticədə bir nəfər ölüb.

Bu barədə “UNIAN” Ukrayna Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, PUA-lardan biri Panama bayrağı altında üzən, Türkiyəyə məxsus “VICTRESS” quru yük gəmisini hədəf alıb. Zərbə nəticəsində gəmidə güclü yanğın baş verib.

Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşlarından ibarət doqquz nəfərlik heyət olub. Ukrayna Hərbi Dəniz Qüvvələrinin katerləri heyətin təxliyəsini həyata keçirib.

Ukrayna Baş nazirinin müavini və icmaların inkişafı naziri Oleksiy Kuleba bildirib ki, hücum nəticəsində gəminin 58 yaşlı misirli aşpazı ölüb.

“Türkiyə və Hindistan vətəndaşları da daxil olmaqla səkkiz dənizçi təxliyə edilib. Gəmi ciddi zədələnib və dənizdə hərəkət qabiliyyətini itirib”, – Kuleba qeyd edib.

Həmin gecə Palau və Beliz bayraqları altında üzən digər ticarət gəmisinə də zərbə endirildiyi bildirilir. Bu gəmidə xəsarət alan olmayıb, gəmi zədələnsə də, hərəkətini davam etdirə bilib.

Ukrayna hadisənin beynəlxalq dəniz hüququnun pozulması və mülki gəmiçiliyə təhlükə yaratdığını bəyan edib.

Oxşar xəbərlər

Ukrayna Rusiyanı Türkiyəyə gedən yük gəmisinə hücum etməkdə ittiham edib
Ukrayna Qara dənizdə Rusiyaya məxsus qaz qurğusunu vurub, 40-a yaxın heyət üzvü ölüb - VİDEO
Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var
Ukrayna Həştərxan limanında İrandan "Şahed" PUA-ları üçün hissələr daşıyan gəmini vurub
Rusiya Ukrayna Silahlı Qüvvələrinin təlim bölüyünə zərbə endirib: ölən və yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər