Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp artıq İtaliya Baş naziri Ciorcia Meloni ilə “dostluq etmək” istəmədiyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.
Tramp bildirib ki, İtaliyanın Baş naziri Fransada G-7 sammiti zamanı onunla şəkil çəkdirmək üçün dəfələrlə xahiş edib.
ABŞ Prezidenti qeyd edib ki, Meloninin İtaliyada populyarlığı azalır: “Bəlkə də ona görə ki, o, İranın nüvə silahı əldə etməsinin və ya inkişaf etdirməsinin qarşısını almaq məsələsində İtaliyanı səmimi qəlbdən sevən və qoruyan Amerika Birləşmiş Ştatlarından (yeri gəlmişkən, NATO-dan da!) imtina etdi. O, hətta bizə İtaliya uçuş-enmə zolaqlarından istifadə etməyə icazə vermədi ki, bu da ABŞ-ın İtaliyanı və digər NATO müttəfiqlərini müdafiə etmək üçün hər il yüz milyardlarla dollar xərcləməsinə baxmayaraq, böyük logistika narahatlığı yaradır. İndi isə, ABŞ-ın İran üzərində hərbi qələbəsindən sonra, o, “sayı artırmaq” üçün yenidən dostlar qazanmaq istəyir. Xeyr, təşəkkürlər!”, - Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Fransada keçirilmiş G7 sammitindən sonra İtaliya Baş naziri Ciorcia Meloninin birlikdə şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib.
“O (Meloni) mənə birlikdə şəkil çəkdirmək üçün yalvarırdı. O, bunu çox istəyirdi. Mən bunu etməzdim, amma ona yazığım gəldi. Yəqin ki, onunla danışdığım üçün özünü xoşbəxt hiss edir. Çünki mən onunla danışmağa borclu deyiləm”, - Tramp bildirib.
Meloni Trampın iddialarına cavab verib. İtaliya lideri ABŞ Prezidentinin sözlərini uydurma adlandırıb.
“Sözün açığı mən dəhşətə gəlmişəm. Bilmirəm ki, niyə ABŞ Prezidenti öz müttəfiqləri ilə belə rəftar edir? Bu, birinci dəfə deyil. Təəssüflər olsun ki, o, Qərbin və ABŞ-ın düşmənləri ilə münasibətdə eyni qətiyyəti göstərmir, onlarla daha mehriban davranır. O, bir məsələni yadda saxlamalıdır ki, İtaliya və mən heç vaxt yalvarmırıq”.
Oxşar xəbərlər
Tramp İtaliya Baş nazirini tənqid edib
Tramp Ağ Evdə Corcia Meloni ilə görüşəcək
Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək
Tramp Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım vəd edib
İtaliya Baş naziri Livana səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
