UEFA Avropa Liqası: "Beşiktaş" Danimarka klubu ilə qarşılaşacaq
sizinxeber.az xəbər saytı

UEFA Avropa Liqası: "Beşiktaş" Danimarka klubu ilə qarşılaşacaq


Bu gün UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.

Türkiyə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşib. Komanda II təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alıb.

İstanbul təmsilçisi Danimarka klubu "Midtyullan"la qarşılaşacaq.

İlk oyun Türkiyədə, cavab matçı isə səfərdə baş tutacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da reallaşacaq.

Oxşar xəbərlər

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibləri bilinib
UEFA Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib
ÇL: "Sabah"ın II təsnifat mərhələsində potensial rəqibləri bilinib
Avropa Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşir
ÇL: "Qarabağ"ın potensial rəqibləri bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər