Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb
sizinxeber.az xəbər saytı

Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb


Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlayıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 18 yaşlı G.Ə aralarında yaranmış münaqişə zəminində 20 yaşlı Q.B-ya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən G.Ə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər

Sumqayıtda iki nəfərə xəsarət yetirmiş şəxs saxlanılıb – YENİLƏNİB
Sumqayıtda tanışını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Sumqayıtda gənclər arasında münaqişə bıçaqlanma ilə nəticələnib, saxlanılan var
Sumqayıtda 29 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər