NATO Baş katibi Rusiyanın Rumıniyaya PUA hücumunun blok ölkələri üçün təhlükə olduğunu deyib
sizinxeber.az xəbər saytı

NATO Baş katibi Rusiyanın Rumıniyaya PUA hücumunun blok ölkələri üçün təhlükə olduğunu deyib


Rusiyanın məsuliyyətsiz davranışı bizim hamımız üçün təhlükədir.

“BBC”nin xəbərinə görə, bunu NATO Baş katibi Mark Rutte Rusiyanın Rumıniya ərazisinə dron hücumuna münasibət bildirərkən deyib.

O, Rumıniya prezidenti Nikusor Danla əlaqə saxladığını və onu NATO-nun müttəfiq ölkələrin ərazilərinin hər qarışını müdafiə etməyə hazır olduğu barədə əmin etdiyini bildirib.

Rutte NATO-nun öz müdafiəsini gücləndirəcəyini və Ukraynanı dəstəkləməyə davam edəcəyini əlavə edib.

Qeyd edək ki, Rumıniyanın şərqində yerləşən Qalaç şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına çırpılıb.

Hadisə nəticəsində xəsarət alanlar var.

Oxşar xəbərlər

Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb
NATO Baş katibi: Gürcüstanda baş verənləri yaxından və narahatlıqla izləyirik
Mark Rütte: Rusiyanın destruktiv addımlarının qarşısının alınması NATO-nun prioritetlərindəndir
NATO Baş katibi Almaniyada səfərdədir
NATO Baş katibi Gürcüstan hökumətinə çağırış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər