Edqars Rinkeviçs Prezident İlham Əliyevi Latviyaya rəsmi səfərə dəvət edib
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
APA xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Latviya xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Latviya və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirdiyimi bildirirəm. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq suverenliyə, ərazi bütövlüyünə və qaydalara əsaslanan beynəlxalq nizama ortaq sadiqliyimiz əsasında daha da möhkəmlənəcək və inkişaf edəcək.
Həmçinin 2026-cı il aprelin 21-23-də Azərbaycan Respublikasına rəsmi səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Bu səfər ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün əla imkan yaratdı. Xüsusilə praktiki əməkdaşlığın inkişafı, eləcə də cari regional və beynəlxalq məsələlər üzrə apardığımız açıq və konstruktiv müzakirələri yüksək qiymətləndirirəm. Səfərim çərçivəsində keçirilən Azərbaycan-Latviya Biznes Forumunda iştirakınıza görə də Sizə təşəkkür edirəm.
Yaxın dialoqumuzun davam etdirilməsini səbirsizliklə gözləyirəm və Sizi münasib vaxtda Latviyaya rəsmi səfərə dəvət etməkdən məmnunluğumu ifadə edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Oxşar xəbərlər
Edqars Rinkeviçs: Latviya-Azərbaycan dostluq münasibətlərini yüksək qiymətləndirirəm
Bayram Beqay: Albaniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik edib
Cənubi Afrika Respublikasının Prezidenti Azərbaycan liderini təbrik edib
Uruqvay dövlət başçısı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

