Tramp İranın uranı Rusiya və ya Çinə ötürməsinə qarşıdır
sizinxeber.az xəbər saytı

Tramp İranın uranı Rusiya və ya Çinə ötürməsinə qarşıdır


ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uranı Rusiya və ya Çinə ötürməsinə qarşı olduğunu bildirib.

"Sizinxeber.az" xəbər verir ki, o bunu iclas zamanı deyib.

Tramp İranın zənginləşdirilmiş uranı Rusiya və ya Çinə göndərməsinin onu qane edib-etməyəcəyi barədə suala belə cavab verib: "Xeyr. Bu, məni qane edəcək bir şey deyil".

Daha əvvəl Amerika lideri bəyan edib ki, Vaşinqton zənginləşdirilmiş urandan imtina müqabilində İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə hava zərbələri endirib. Cavab olaraq İran İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəlib. Sonra Ağ Evin rəhbəri Donald Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb. 11–12 apreldə İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Müzakirələr nəticəsiz başa çatıb.

ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarının və Hörmüz boğazından keçidi blokadaya alıb. Öz növbəsində İran Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün Hörmüz boğazının bağlandığını bəyan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Tramp: Uranın zənginləşdirilməsindən imtina müqabilində İrana qarşı sanksiyalar yumşaldılmayacaq
Tramp: ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etmək istəyir
Tramp: Saat işləyir və İran tələssə, daha yaxşı olar
Tramp: İranla razılaşma bu gün axşam imzalanacaq
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər