Ukrayna Azərbaycana Avropanın ən böyük yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib
sizinxeber.az xəbər saytı

Ukrayna Azərbaycana Avropanın ən böyük yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib


Azərbaycan Ukrayna ilə birgə layihələr sayəsində enerji resurslarının etibarlı tədarükçüsü kimi öz mövqelərini möhkəmləndirəcək.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

"Ukrayna artıq Avropanın yenilənmiş qaz xəritəsinin, o cümlədən Xəzər dənizindən hasil edilən qazın Avropanın enerji çatışmazlığı olan regionlarına çata biləcəyi Trans-Balkan marşrutunun bir hissəsinə çevrilib. Bu dəhliz vasitəsilə Azərbaycan qazının ilk sınaq tədarükləri isə bu konsepsiyanın reallığa çevrildiyini nümayiş etdirib.

Bundan əlavə, Ukrayna qitədə ümumi tutumu təxminən 30 milyard kubmetr olan ən böyük yeraltı qaz anbarlarına malikdir. Bu imkanlar regional mövsümü bufer funksiyasını yerinə yetirməyə, dempfer rolunu oynamağa və enerji tədarükünün yeni arxitekturasının elementinə çevrilməyə qadirdir", - D.Şmıqal qeyd edib.

Nazir vurğulayıb ki, bu cür qarşılıqlı fəaliyyət bütün iştirakçılar üçün üstünlüklər yaradır: "Azərbaycan etibarlı tədarükçü kimi öz nüfuzunu möhkəmləndirəcək. Ukrayna əsas tranzit və xidmət habı statusunu gücləndirəcək. Avropa isə sabit alternativ enerji mənbələri əldə edəcək".

Oxşar xəbərlər

Şmıqal: Azərbaycan qazı Avropanın enerji çatışmazlığı olan regionlarına çata bilər
Denis Şmıqal Ukraynanın enerji dayanıqlığına verdiyi xüsusi töhfəyə görə Azərbaycana minnətdarlığını bildirib
Sibiqa: Azərbaycan şirkətləri və investisiyaları Ukrayna üçün vacibdir
Ukrayna Aİ-yə birgə uran, litium və titan hasilatını təklif edib
Orxan Zeynalov: "Azərbaycan regional enerji təhlükəsizliyinin gücləndirilməsi üçün qaz tədarükünü artırmağa hazırdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər