Pəncabın Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Tarixdə mühüm dönüş nöqtəsi olan 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının qeyd edildiyi bu əlamətdar bayram xalqınızın suverenliyə, milli ləyaqətə və maariflənməyə sarsılmaz sadiqliyinin qürurverici təsdiqidir.
Azərbaycanın əvəzolunmaz Ümummilli Lideri Heydər Əliyevin və Bakıda Şəhidlər xiyabanında uyuyan qəhrəman şəhidlərin məzarlarını ehtiramla yad etmək mənə Azərbaycan xalqının cəsarətini, fədakarlığını və möhkəm iradəsini bir daha xatırlatdı. Mərhum atanız Heydər Əliyevin milli ləyaqət və dövlətçiliklə bağlı zəngin irsi bu gün Azərbaycanın hüdudlarından kənarda da böyük hörmətlə qarşılanır.
Azərbaycan Respublikası bu gün Zati-alinizin uzaqgörən rəhbərliyi altında böyük uğurla və inamla inkişaf edir, dünya dövlətlərinin hörmət və rəğbətini qazanır. Fürsətdən istifadə edərək bu yaxınlarda Zati-alinizlə görüşümüz zamanı, ümumiyyətlə Bakıda olduğumuz müddətdə mənə və nümayəndə heyətimə göstərdiyiniz yüksək səmimiyyətə və qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Zati-aliniz və qardaş Azərbaycan xalqı tərəfindən Pəncab xalqına qarşı ifadə edilən, qəlbimizdə silinməz iz buraxan dostluq və qardaşlıq hisslərini həmişə hörmət və məhəbbətlə xatırlayacağıq. Pakistan İslam Respublikası, onun Pəncab əyaləti və Azərbaycan Respublikası arasındakı əlaqələrin əsasında ortaq dəyərlər, qarşılıqlı etimad, həm çətin, həm də xoş günlərdə bir-birinə göstərilən sarsılmaz dəstək dayanır. Bu əlaqələrin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə və Pəncab xalqı ilə Azərbaycan xalqı arasındakı qardaşlıq əlaqələrinin daha da dərinləşəcəyinə səmimi-qəlbdən inanıram.
Zati-aliləri, bir daha ən yüksək ehtiramımı və Azərbaycan Respublikasına davamlı sülh, tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
Türkmən xalqının Milli Lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib
Banqladeş dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
