Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
may
2026
14:30
0
0
1 061
ff aaaaaaa

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək

31 may, 2026
14:30
1 061

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək

İyunun 2-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə, ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq, Bakı Enerji Həftəsi çərçivəsində ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək.

Bu barədə "Report"a Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, tədbirin məqsədi regional bağlantılar, ticarət, sənaye, tranzit, enerji təhlükəsizliyi, investisiya, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsidir.

Dialoq çərçivəsində ABŞ və Azərbaycan biznes icmalarının iştirakı ilə xüsusi sessiya təşkil olunacaq. Sessiya zamanı bir sıra əməkdaşlıq sənədlərinin və kommersiya müqavilələrinin imzalanması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul