Ukrayna Zaporojye AES-in enerji blokunu vurub?
sizinxeber.az xəbər saytı

Ukrayna Zaporojye AES-in enerji blokunu vurub?


Rusiya Ukraynanın dronla Zaporojye AES-in 6-cı enerji blokunun maşın zalını vurması barədə iddiaları ilə ölkəni nüfuzdan salmağa və öz cinayətlərini gizlətməyə çalışır.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin bəyanatında bildirilib.

Məlumata görə, Zaporojye AES quru döyüş xəttindən təxminən 50 km məsafədə yerləşir, nəzarətdə olan Ukrayna ərazisində stansiyaya ən yaxın şəhər olan Nikopol isə keçmiş Kaxovka su anbarının digər tərəfində, ən azı 10 km uzaqlıqda yerləşir:

“Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında belə uzaq məsafəyə uça bilən optik liflə idarə olunan pilotsuz aparat yoxdur. Həmçinin 5–6 kq ağırlığında kumulyativ döyüş başlığına malik dronlar da yoxdur. Çünki Rusiya tərəfinin bəhs etdiyi ölçüdə dəlik açmaq üçün məhz belə güc tələb olunur. Bundan əlavə, işğalçı qüvvələr Zaporojye AES ətrafında çoxsəviyyəli tüstü pərdəsi qurublar və aparatın bunun içindən görünmədən keçməsi fiziki olaraq mümkün deyildi”.

Oxşar xəbərlər

Zaporojye AES-də yanğın olub, Ukrayna və Rusiya bir-birini ittiham edib
Sırski: Zaporojye ən qaynar nöqtəyə çevrilib
Ukrayna Silahlı Qüvvələrinin rəsmisi: Zaporojye istiqamətində vəziyyət mürəkkəbdir
Rusiya Xarkov və Zaporojye vilayətlərinə zərbələr endirib, ölən və yaralananlar var
AEBA-nın ekspertləri ZAES-dəki yanğının səbəbini açıqlamayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər