"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
Neft qiymətləri səhər mayın 28-i Yaxın Şərqdə vəziyyətin yenidən kəskinləşməsi fonunda 3,5 %-dən çox artıb.
"Sizinxeber.az" "İnterfaks"a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata əsasən, "London ICE Futures" birjasında "Brent" üzrə iyul fyuçersləri Bəndər-Abbas rayonunda ABŞ və İran arasında qarşılıqlı zərbələr barədə xəbərlərdən sonra 3,41 ABŞ dolları (3,62 %) bahalaşaraq 1 barel üçün 97,7 ABŞ dollarına çatıb.
Bir gün əvvəl "Brent" 5,29 ABŞ dolları (5,31 %) ucuzlaşaraq bir barel üçün 94,29 ABŞ dollarına düşmüşdü.
WTI üzrə iyul fyuçersləri bu vaxta qədər Nyu-York əmtəə birjası NYMEX-in elektron ticarətində 3,37 ABŞ dolları (3,8 %) bahalaşaraq 1 barel üçün 92,05 ABŞ dollarına çatmışdı. Əvvəlki sessiyada isə WTI 5,21 ABŞ dolları (5,55 %) ucuzlaşaraq 1 barel üçün 88,68 ABŞ dollarına düşmüşdü.
"Regiondan neft tədarükləri hələ də məhduddur, əsas mübahisəli məsələlər isə hələ də həll olunmayıb", - ANZ-nin əmtəə strateqi Denyel Hayns qeyd edib.
Oxşar xəbərlər
"Brent" neftinin bir bareli 113 dollara satılır
Neft bahalaşıb
Neft ucuzlaşıb
“Brent” nefti bahalaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
