Elnur Əliyev: “Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib”
Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında bildirib.
Onun sözlərinə görə, əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar açır: “Belə ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37 % artaraq 1,4 milyard ABŞ dollarını üstələyib".
E. Əliyev vurğulayıb ki, Azərbaycan ticarət və şərab evləri artıq Çinin Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir: “Azərbaycan Ticarət Evi Çinin məşhur e-kommersiya platforması olan “JD”də də aktivdir. Bu mərkəzlər ikitərəfli ticari münasibətlərimizin inkişafına töhfə verirlər”.
Oxşar xəbərlər
Prezident: Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib
Bay Minqşao: “Çinin Quandonq bölgəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır”
Lin Keqinq: "Quanqdonqla Azərbaycan arasında ticarət dövriyyəsi 80 % artıb"
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
