Lin Keqinq: "Quanqdonqla Azərbaycan arasında ticarət dövriyyəsi 80 % artıb"
Ötən il Çinin Quandonq əyaləti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 556 milyon ABŞ dollarını keçib.
“Sizinxeber.az” xəbər verir ki, bunu Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Quandonq Komitəsinin Əyalət Komitəsinin sədri Lin Keqinq Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında bildirib.
Onun sözlərinə görə, Quandonq əyaləti Çinin ən böyük iqtisadi, ən çox əhalisi olan əyalətidir: "Bu ilin birinci rübündə Quanqdonun ÜDM-i 3,35 trilyon yuanı keçib, xarici metal ixracı isə 2,14 trilyon yuana çatıb. Son illər Quanqdonqla Azərbaycan arasında ticarətin həcmi artmaqda davam edir, idxal-ixrac əməkdaşlığı potensialı daim genişlənir".
Lin Keqinq əlavə edib ki, 2024-cü ildə Quanqdonqla Azərbaycan arasında idxal-ixrac əməliyyatların həcmi illik müqayisədə 80 %-dən çox artıb: "Azərbaycanın Quanqdonqa daha yüksək keyfiyyətli məhsullar tədarük etməsini alqışlayırıq. Biz hər iki tərəfin müəssisələrini investisiyaları genişləndirməyə təşviq edirik".
Oxşar xəbərlər
Bay Minqşao: “Çinin Quandonq bölgəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır”
Elnur Əliyev: “Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib”
Naxçıvanın xarici ticarət dövriyyəsi I rübdə 10 %-dən çox artıb
Ötən il Çinlə ABŞ arasında ticarət dövriyyəsi 3,7 % artıb
AZPROMO və CCPIT-nin Quandonq Komitəsi Anlaşma Memorandumu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













