Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır
sizinxeber.az xəbər saytı

Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır


Cəbhədə vəziyyət pisləşdikcə, Kiyev Rusiyanın mülki hədəflərinə hücum taktikasını tətbiq edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə deyib.

O, Ukraynanın bir-birinin ardınca ərazi itirdiyini bildirib.

Rusiya Prezidenti qeyd edib ki, Ukrayna mülki hədəflərə zərbə endirmək taktikasını "tətbiq edir", enerji təchizatını pozmağa və turizm mövsümünə təsir göstərməyə çalışır: "Bu təhdidlərin azaldılması vəzifəsi Müdafiə Nazirliyinin və digər təhlükəsizlik orqanlarının üzərinə düşür. Eyni zamanda Rusiya Federasiyası hökuməti də bu cür hərəkətlərin nəticələrini minimuma endirmək üçün lazımi əlavə tədbirlər görməlidir”.

Oxşar xəbərlər

Rusiya Prezidenti: Kiyevə sülh lazım deyil
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Putin: Rusiyada terror təhlükəsi riski artır
Putin Zelenski ilə görüş haqqında danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər