Azərbaycanda 5 ölkənin ticarət çadırları və nümayəndəlikləri açılacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanda 5 ölkənin ticarət çadırları və nümayəndəlikləri açılacaq


Aprelin 25-də Azərbaycanda beş ölkənin ticarət çadırları və təmsilçilik ofislərinin açılması planlaşdırılır.

Bu barədə “Sizinxeber.az”a "Okuklu" holdinqinin təsisçisi Yılmaz Okuklu məlumat verib.

Onun sözlərinə görə, Türk Ticarət Mərkəzinin ərazisində Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin ticarət meydançaları fəaliyyətə başlayacaq.

Qeyd olunub ki, bu ticarət evləri Azərbaycan bazarında məhsulların təşviqi üçün platforma rolunu oynayacaq və qeyd olunan ölkələrin biznes icmaları arasında işgüzar əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

"Layihənin əsas məqsədi ixracın inkişafına, o cümlədən regionda tələbatın olduğu üzvi kənd təsərrüfatı məhsulları, tekstil, sənətkarlıq məmulatları və digər yüksək keyfiyyətli malların ixracına dəstək verməkdir", - Y.Okuklu vurğulayıb.

Oxşar xəbərlər

"ASAN xidmət" modelinin əsasında "ASAN ticarət" modeli yaradılacaq
Türkiyə Ticarət Nazirliyi: Ankara Bəyannaməsi regionda nəqliyyat layihələrinin inkişafına töhfə verəcək
İspaniyanın ticarət üzrə dövlət katibi gələn həftə Azərbaycana səfər edəcək
İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
Azərbaycan Pəncabda Ticarət Evi açıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər