Türkiyə Ticarət Nazirliyi: Ankara Bəyannaməsi regionda nəqliyyat layihələrinin inkişafına töhfə verəcək
Azərbaycan, Türkiyə və Özbəkistan nazirləri səviyyəsində keçirilən iclasın yekununda imzalanacaq Ankara Bəyannaməsi regionda nəqliyyat layihələrinin inkişafına töhfə verəcək.
“Report” xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat (ticarət) və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə bildirib.
O vurğulayıb ki, son illər Azərbaycan, Türkiyə və Özbəkistan arasında iqtisadi, ticarət və investisiya əlaqələri əhəmiyyətli dərəcədə artıb.
"Ölkələrimizin malik olduğu böyük iqtisadi potensialdan istifadə edilməlidir. Ölkələrimiz arasındakı sarsılmaz qardaşlıq bağlarının ticari-iqtisadi əməkdaşlıqda da əks olunması vacibdir ki, bu da xalqların iqtisadi rifahına töhfə verəcək", - o bildirib.
Ö.Bolat qeyd edib ki, qlobal dünya ticarəti və nəqliyyat marşrutlarının dinamikası son illərdə sürətlə dəyişir və bu, regionumuzun strateji əhəmiyyətini dünyaya bir daha nümayiş etdirib.
"Regional nəqliyyat marşrutları, o cümlədən Orta Dəhliz və Zəngəzur dəhlizi üç ölkənin iqtisadi inkişafına və Asiyanın Avropa ilə inteqrasiyasına töhfə verəcək. Bugünkü görüşün sonunda imzalamağı planlaşdırdığımız Ankara Bəyannaməsi bu layihələrin inkişafına, həmçinin Azərbaycan, Özbəkistan və Türkiyə arasında ticari-iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verəcək. Ankara öz növbəsində razılaşmalar çərçivəsində götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsinə sadiq qalacaq", - o bildirib.
Türkiyəli nazir həmçinin xatırladıb ki, bu üçtərəfli platforma çərçivəsində bu gün Ankarada üç ölkənin iş adamlarının iştirakı ilə ticarət-investisiya biznes forumu başlayıb. Forumun məqsədi ticarət əməkdaşlığının inkişaf etdirilməsidir.
Oxşar xəbərlər
Ömər Bolat: “Türkiyə və Azərbaycan regionda güclü ittifaqı təmsil edir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Özbəkistan yaxın gələcəkdə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin üçtərəfli görüşü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan və Türkiyə 10 milyard dollarlıq yeni investisiya layihələri formalaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan rəsmisi: "Avrasiya Nəqliyyat Marşrutu iqtisadi artıma töhfə verəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












