Azərbaycan Pəncabda Ticarət Evi açıb
Azərbaycan Pakistanın şimal-şərq əyaləti olan Pəncabda Ticarət Evi açıb.
“Report” Pakistan KİV-lərinə istinadən xəbər verir ki, açılış mərasimi fevralın 11-də əyalətin maliyyə naziri Mian Muctaba Şuca-ur-Rəhmanın iştirakı ilə keçirilib.
Nazir bu təşəbbüsü Azərbaycan və Pakistan arasında ikitərəfli ticarət və mədəni əlaqələri gücləndirə biləcək "əlamətdar" hadisə adlandırıb. M.Rəhmanın sözlərinə görə, Ticarət Evi hər iki ölkənin sahibkarlarına işgüzar əlaqələri genişləndirmək, ticarət həcmini artırmaq və uzunmüddətli iqtisadi tərəfdaşlıq qurmaq imkanı verərək investisiya və biznes üçün yeni imkanlar yaradacaq.
O, Azərbaycan investorlarını Pəncab bazarının perspektivlərini araşdırmağa çağırıb və toxuculuq sənayesi, kənd təsərrüfatı, informasiya texnologiyaları və energetika kimi sektorlarda əhəmiyyətli potensialın olduğunu qeyd edib.
Nazir vurğulayıb ki, iqtisadi inkişaf artıq sadəcə ticarət həcminin artırılması ilə məhdudlaşmır - texnologiyalar, insan kapitalının inkişafı və innovasiyaların dəstəklənməsi mühüm rol oynayır.
M.Rəhman, həmçinin Azərbaycan Ticarət Evinin iqtisadi əməkdaşlıq üçün mühüm platforma olacağına və iki ölkə arasında dostluğun daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, həmçinin təsdiqləyib ki, Pəncab Azərbaycanla ticari, investisiya və mədəni əlaqələrin inkişafına sadiqdir.
Oxşar xəbərlər
Azərbaycan və Pakistan rəsmiləri ticarət və mədəniyyət sahəsində əməkdaşlığı müzakirə ediblər
Qasım Mohiuddin: Azərbaycan və Pakistan arasındakı ticarət səviyyəsi potensialdan aşağıdır
Azərbaycan və Pakistan biznes üçün erkən fəaliyyət planının hazırlanması barədə razılığa gəlib
Pakistan növbəti aylarda Azərbaycanla yeni investisiya layihələrinin hazırlanacağını elan edib - EKSKLÜZİV
Azərbaycan və Pakistan ortaq Ticarət və Sənaye Palatası yarada bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
