Trampın adı Con Kennedi adına mərkəzin fasadından sökülüb
sizinxeber.az xəbər saytı

Trampın adı Con Kennedi adına mərkəzin fasadından sökülüb


ABŞ Prezidenti Donald Trampın adı Con Kennedi adına İfa Sənətləri Mərkəzinin fasadından quraşdırılmasından altı aydan az müddət sonra sökülüb.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, söküntü, Konqresin razılığı olmadan qurumun adının dəyişdirilməsinin mümkün olmadığı barədə məhkəmə qərarına uyğun olaraq həyata keçirilib.

Fasaddan hərflərin çıxarılması işi təxminən 30 dəqiqə davam edib.

Bundan əvvəl Trampın rəhbərlik etdiyi mərkəzin idarə heyəti müəssisənin adının Donald Tramp-Con Kennedi Xatirə İfaçılıq Sənətləri Mərkəzi adlandırılmasına səs verib. Lakin may ayının sonlarında Vaşinqton məhkəməsinin qərarı ilə ad dəyişikliyi qadağan edilib və Trampın adının bütün lövhələrdən silinməsi barədə göstəriş verilib.

Oxşar xəbərlər

Məhkəmə Kennedi Mərkəzinə Trampın adının əlavə olunmasını qadağan edib
Kennedi Mərkəzi Melaniya Trampın şərəfinə adlandırıla bilər
ABŞ məhkəməsi Kennedi mərkəzinin adının dəyişdirilməsini qadağan edib
Kiçik Robert Kennedi Trampın xeyrinə namizədliyini geri götürə bilər
Kiçik Kennedi: Trampın faşizmdə ittiham edilməsi onun həyatına sui-qəsdə səbəb olur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər